GAİP XƏBƏR Güney Azərbaycan İstiqlal Partiyası İrandakı insan haqları pozuntuları və bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı ABŞ prezidenti Barak Hüseyn Obamaya müraciət edib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə İranda azərbaycanlıların hüquqlarının pozulması B. Obamanın diqqətinə çatdırılıb: “İrandakı fars azlığı irqi ayrı-seçkilik rejimi yaradaraq azərbaycanlıları öz dilindən, təhsilindən, mədəniyyət və tarixindən məhrum edir. Cənubi Azərbaycan xalqı olaraq azadlıq, demokratiya və insan hüquqları uğrunda mübarizə apardığımızı diqqətinizə çatdırmaq istəyirik. Tehranın terrorçu rejimi nüvə silahına malik olmağa çalışır. Bu, dünyanın güc balansını pozacaq və fəlakətli qarşıdurmalara səbəb olacaq”.
“Biz ABŞ-ın dostuyuq” deyən müraciət müəllifləri İranda fars şovinist rejiminin tələsinə düşmüş 30 milyondan artıq azərbaycanlı olduğunu qeyd ediblər: “Regionda sülhə aparan yol Cənubi Azərbaycan xalqının azadlığı və insan hüquqlarının təmin olunmasından keçir. Bizim diqqətə ehtiyacımız var. Bizi Amerikanın müttəfiqi kimi qəbul etməyinizi arzulayırıq”.apa
این وبلاگ در جهت انعکاس بخش کوچکی از مبارزات ملت مظلوم آذربایجان در جهت احقاق حقوق اولیه انسانی و ملی شان فعالیت می نماید. در این راستا ما را از انتقادات ، نظرات و پیشنهادات خویش بی نصیب نگذارید. ضمناَ با ارسال اخبار جدید در اطلاع رسانی با ما همراه شوید. با تشکر بابک قره داغی turkgucuturk@yahoo.com